Onlayn ictimai-siyasi qəzet
Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının fraksiyasına daxil olan deputatlar, parlamentin Xarici əlaqələr komissiyasının sədri Sərkis Xandanyanın rəhbərliyi ilə 16–20 noyabr tarixlərində İstanbulda keçiriləcək ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün Türkiyəyə yollanacaqlar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazır.
Saytın məlumatına görə, Türkiyəyə gedəcək ATƏT nümayəndə heyətinin tərkibində müxalifətdən bir nəfər də olsun deputat yer almayıb, baxmayaraq ki, heyətin əsas üzvləri arasında “Ermənistan” blokundan deputat Lilit Qalstyan və “Şərəfim var” fraksiyasından deputat Anna Mkrtçyan var.
Daha da diqqətçəkən odur ki, Qalstyan nümayəndə heyətinin əsas üzvlərindən biridir, lakin onun səfərinə qadağa qoyulub. Qəzetin xəbərinə görə, Qalstyanın nümayəndə heyətinə daxil edilmədiyini özü parlament spikerinin sərəncamından öyrənib.
Hraparak qəzetinin yazdığına görə, Lilit Qalstyanın mətbuatda Türkiyə əleyhinə tez-tez düşməncəsinə mövqedən çıxış etməsi də bu qərarda rol oynayıb.
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ