İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin nüfuzunun mühüm göstəricisi: Antalya Forumunda mühüm görüşlər

 

Bu gün Türkiyədə Antalya Diplomatiya Forumu başlayıb. 3 gün davam edəcək sammitə ATƏT, NATO və digər beynəlxalq təşkilatların rəhbərliyi, çoxlu sayda dövltələrin xarici işlər nazirləri, dövlət və hökumət təmsilçiləri qatılıblar. 

Azərbaycanı tədbirdə Prezident Adminstrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Antalya Diplomatiya Forumuna qatılıblar. 

Hikmət Hacıyev və Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüblər. XİN-dən “Yeni Müsavat”a verilən məlumatda deyilir ki, görüş zamanı tərəflər Azərbaycan ilə ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, işğaldan azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri, habelə regionda baş verən ən son proseslər barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşdü

ATƏT bas katibinə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində, xüsusilə ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Ceyhun Bayramov üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycan tərəfindən atılan addımlardan danışıb. Eyni zamanda postmünaqişə mərhələsində həyata keçirilən quruculuq və reinteqrasiya proseslərində ATƏT-in mümkün iştirakı ətrafında məsələlər müzakirə olunub. Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələləri müzakirə ediblər.

Oxu.az - Ceyhun Bayramov Aİ-ni Azərbaycan və Ermənistana beynəlxalq hüquqa  uyğun yanaşmağa çağırdı - FOTO

Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Latviya Respublikasının Baş nazirin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb. Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzünün nəticələri və azad edilmiş ərazilərdə infrastruktura dəymiş ziyan və dağıntıların miqyası, habelə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət barədə ətraflı məlumat verib. Bu xüsusda, nazir Ceyhun Bayramov Avropa İttifaqı ölkələri tərəfindən beynəlxalq hüquqa uyğun yanaşmanın tətbiq edilməsinin vacib olduğunu vurğulayıb. O, Avropa İttifaqı ilə əməkdaşlıq və gündəlikdə duran vacib məsələləri qeyd edib. Avropa İttifaqı ilə sazişin yekunlaşmasına verdiyimiz əhəmiyyət qeyd edilib.

Müdafiə naziri Artis Pabriks ölkəsinin Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini və Azərbaycanı özünün strateji tərəfdaşı hesab etdiyini bildirib. Bu ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu və bunun əlamətdar hadisə olduğunu vurğulayıb.

Görüşdə Ukraynada baş verən hadisələr və Azərbaycan tərəfindən Ukraynada böhranın aradan qaldırılması məqsədilə göstərilən humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) Filippo Qrandi  ilə görüşüb

Ceyhun Bayramov həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) Filippo Qrandi ilə də görüşüb. Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran humanitar məsələlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin, 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, məcburi köçkünlərin öz evlərinə qayıdışı məsələsi də müzakirə olunub. Görüş zamanı nazir C.Bayramov Azərbaycanın BMT QAK ilə əməkdaşlığa önəm verdiyini qeyd edərək azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri və məcburi köçkünlərin bu ərazilərə geri qayıtması tədbirləri ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

Filippo Qrandi ölkəmizin bu istiqamətdə gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd edib. Tərəflər məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışını təmin etmək üçün əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə ediblər.

Görüşdə, həmçinin regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə edilib.

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə də görüşüb. 

Antalya Diplomatiya Forumu işə başlayıb

Siyasi analitiklər hesab edir ki, Antalya Diplomatiya Forumunun regionda hazırda gərginliklər yaşandığı bir dövrdə keçirilməsi mühüm hadisədir. Eyni zamanda bu Forum Türkiyənin nüfuzunun göstəricisidir. Türkiyə regionun yox, dünyanın lider dövlətinə, aparıcı gücünə çevrilir. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Report-a deyib ki, Antalya Diplomatiya Forumu miqyasına görə beynəlxalq münasibətləri tənzimləyən foruma çevrilib. Bu, Azərbaycan üçün də çox əhəmiyyətlidir.

Səməd Seyidov: "AŞPA-nın sanksiyasına məruz qalmağımdan şərəf duyuram" »  Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

O bildirib ki, Türkiyə və Azərbaycanın əlaqələri, mütəffiqliyi bu forumlarda da özünü göstərir: “Martın 10-da 4 saata yaxın Azərbaycan və Türkiyə Prezidentləri dünyada gedən prosesləri müzakirə edib. Burada söhbət təkcə iki ölkə arasındakı münasibətlərdən getmir. Zəngəzur dəhlizi, Ukrayna və Rusiya münasibətləri, ümumiyyətlə Şərq-Qərb münasibətləri, regionda yeni reallıqlar haqqında müzakirələr aparıb. Artıq Azərbaycan-Türkiyə əlaqələri dünyaya təsir imkanına malik ölkələr kimi təqdim olunur. Biz bunu nümayiş etdiririk.

Təsadüfi deyil ki, bütün dünyadan, eləcə də Azərbaycandan xarici işlər naziri, deputatlar, ictimai xadimləri buradadırlar. Bu baxımdan, Azərbaycan tərəfindən yaradılan yeni reallıqlar çox vacib xüsusiyyətə malikdir. Adətən hadisələr baş verəndən bir müddətdən sonra onların əks-sədası yavaş-yavaş səngiyir. Azərbaycanın yaratdığı reallıq getdikcə daha böyüyür. Hər gün görürük ki, Azərbaycanın rolu, təsir imkanları nə dərəcədə genişlənir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR