Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış keramika və hamam avadanlıqları istehsalçılarından olan Seranit şirkəti Azərbaycanda logistika mərkəzi açıb.
Bu barədə Musavat.com-a “Seranit-Azərbaycan” MMC-nin rəhbəri Ufuk Polat məlumat verib. Onun sözlərinə görə, şirkətin məhsullarının ölkəmizdə satışı 10 ildən çox müddətdə həyata keçirilib.
U.Polat Azərbaycan bazarının imkanlarının böyük olduğunu bildirir: “Ötən il burada rəsmi təmsilçiliyimizi yaratdıq. Sahəsi 1600 kvadratmetr olan mağaza-sərgimizi açmışıq. Hazırda Azərbaycan üzərindən Orta Asiyaya ixrac imkanlarını araşdırırıq. Hesab edirəm ki, bu sahədə böyük potensial var”.
Seranit Azərbaycan-da hesab edirlər ki, şirkətin beynəlxalq bazarlarda genişlənmə strategiyasının tərkib hissəsi olan Bakı sərgi salonu təkcə məhsulların nümayiş olunduğu sahə olaraq deyil, həm də müştəri təcrübəsini təkmilləşdirən bir mərkəz mövqeyini daşıyır. Seranit sərgi salonunda Türkiyənin ilk və yeganə patentli innovativ məhsulu olan Aquanit Porcelain duş kafeli başda olmaqla, ən son keramika kolleksiyaları, hamam mebeli, santexnika, armatur və mətbəx dolabları kimi geniş çeşiddə məhsullar sərgi salonunda ziyarətçilərə təqdim edilir. Müasir dizaynı və istifadəçi üçün uyğun tərtibatı ilə diqqət çəkən salon Azərbaycanda memarlar, interyer dizaynerləri və inşaat sənayesinin peşəkarları üçün yeni görüş yerinə çevrilib: “Seranit olaraq Azərbaycan bazarının bizim üçün böyük strateji əhəmiyyəti var. Biz yerli işçi qüvvəsinə töhfə verməklə yanaşı, yeni sərgi salonumuzla Bakıda güclü təsisat yaratmaqdan məmnunuq. Bu investisiya bizə Azərbaycanda və ətraf ərazilərdə müştərilərimizə daha yaxın olmağa imkan verir. Seranit-in beynəlxalq bazarlarda inkişaf vizyonunun bir hissəsi olaraq, biz yerli dinamika və ehtiyacları nəzərə alaraq irəliləməyə davam edəcəyik."
U.Polatın verdiyi məlumata görə, ötən il Azərbaycanda şirkətin 1,5 milyon kvadratmetr məhsulu satılıb. O, bildirir ki, Azərbaycandan sonra bu il ərzində növbəti mağazanı Almaniyada açacaqlar. Daha sonra isə ABŞ bazarında yer tutmaq üçün fəaliyyətlər genişləndiriləcək. Şirkət təmsilçisinin sözlərinə görə, hazırda əsas hissəsi Avropada yerləşməklə, dünyanın 60-a yaxın ölkəsinə məhsul satırlar: “Avropaya yalnız ən yüksək keyfiyyət və ekoloji təhlükəsizlik standartlarına cavab verən məhsulların satışı mümkündür. Bizim məhsullar bu baxımdan Avropa İttifaqının tələblərinə tam cavab verir”.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ