Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrini yeniləməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, bu yeni donanma “Qızıl Donanma” adlandırılacaq.
Yeni donanmanın məqsədi Çindən gələn təhlükələrə qarşı dayanıqlı olmaqdır. Planlara görə, donanma həm uzun mənzilli raketlərə malik böyük hərbi gəmilərdən, həm də korvetlər kimi kiçik gəmilərdən ibarət olacaq.
Müzakirələrdə iştirak edən təqaüdçü dəniz zabiti Brayan Klark bildirib ki, ABŞ 280-300 gəmidən ibarət donanmaya, həmçinin çoxsaylı pilotsuz gəmilərə diqqət yetirməyi planlaşdırır.
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ