İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin BRICS-ə qoşulmaq istəyinin SƏBƏBİ - ŞƏRH

Məlum olduğu kimi, Türkiyə BRICS-ə (BRİKS) qoşulmaq istəyir. Bu barədə Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib.

“Təbii ki, biz BRICS-ə üzv olmaq istərdik. Görək bu il nəyə nail ola bilirik”, - o bildirib.

Bu məsələ xarici işlər nazirlərinin Nijni Novqorodda keçiriləcək görüşündə müzakirə olunacaq.

Bəs Türkiyənin BRICS-ə qoşulmaq istəyinin arxasında nə dayanır?

elxan.jpg (68 KB)

Musavat.com-un xəbərinə görə, politoloq Elxan Şahinoğlu mövzuya bu cür şərh verib:

“Fikrimcə, BRICS üzvləri Türkiyənin təşkilata qoşulmasına etiraz etməyəcəklər. Bölgədə əhəmiyyətli rola malik Türkiyənin BRICS-ə üzvlüyü təşkilatın gücünü artıracaq. Vaşinqton və Brüssel Ankaranın qərarından narazı qalacaqlar, ancaq özlərindən küssünlər. Türkiyə Avropa İttifaqına üzvlüyə qəbul olunsaydı, Ankaranın başqa təşkilatlara üzv olmasına ehtiyac qalmazdı. Türkiyə xarici siyasətini şaxələndirməyə çalışır.

Buna baxmayaraq, BRICS-ə üzvlük Türkiyənin Qərblə əməkdaşlıqdan imtina etməsi anlamına gəlmir. Aydındır ki, BRICS üzvlərindən Rusiya və Çin təşkilat çərçivəsində ABŞ və Avropa ilə mübarizə aparmaq istəyirlər. Ancaq BRICS-in digər üzvləri olan Hindistan, Cənubi Afrika Respublikası və Braziliya Moskva və Pekinin siyasətindən asılı deyillər, Vaşinqton və Brüssellə əməkdaşlığa davam edirlər. Türkiyə də BRICS çərçivəsində çoxtərəfli xarici siyasətində manevr imkanlarını artırmağa çalışacaq”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR