İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Azərbaycandakı səfirliyinin və Türkiyə Diyanət Fondunun təşəbbüsü ilə mühüm müzakirələr

Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə Türkiyənin Azərbaycandakı səfirliyinin və Türkiyə Diyanət Fondunun təşəbbüsü ilə bir qrup jurnalist səhər yeməyi çərçivəsində bir araya gəliblər.

Musavat.com bildirir ki, səmimi ortamda keçən görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir jurnalistləri salamlayaraq bu görüşün əhəmiyyətinin olduqca böyük olduğunu qeyd edib.

Azərbaycanda fəaliyyətinin 87-ci günündə olduqca xoş duyğularını bölüşən, iki qardaş ölkə arasındakı əlaqələrin daha da irəli aparılması baxımından medianın ciddi önəmindən bəhs edib.

Türkiyə Səfirliyinin Din Xidmətləri müşaviri İhsan Açık olduqca mühüm mövzulardan bəhs etməklə yanaşı, jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Daha sonra jurnalistlər Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.

Görüşdən sonra xatirə fotosu çəkilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR