İnsanlara hürriyət, millətlərə istiqlal!

Hadisə narkotik istintaqında ifadə verdi - aylıq qazancı ortaya çıxdı

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində ifadə verən məşhur müğənni Hadisə, özünə yönəldilən iddiaları qəti şəkildə rədd edib. Sənətçi açıqlamasında aylıq gəlirinin 700-800 min lirə arasında olduğunu bildirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə ilə yanaşı Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka və Özge Özpirinçci kimi bir çox tanınmış adın da ifadəsi alınıb.

Məşhurlara bu suallar ünvanlanıb:

Gəlir mənbələri və qazanc səviyyələri

Sosial media paylaşımları

Narkotik maddə ilə əlaqələrinin olub-olmaması

Hadisə ifadəsində bunları deyib: "Narkotik maddə ilə heç bir əlaqəm yoxdur. Həyatımın heç bir dövründə belə maddələr istifadə etməmişəm. Sosial mediada bununla bağlı paylaşım etməmişəm. Belə maddələrin istifadə olunduğu məkanlarda iştirak etməmişəm və bu yöndə heç kimlə pul alış-verişim olmayıb."

Hadisə, aylıq gəlirinin 700 min - 800 min lirə civarında olduğunu rəsmən bildirib. Bu açıqlama həm media, həm də ictimaiyyətdə böyük maraq doğurub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR