İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli müğənni seçki ərəfəsində dediklərinə görə üzr istədi, konsertini ləğv etdi

Türkiyənin tanınmış müğənnisi Melek Mossonun bugünki konserti ləğv edilib.

Musavat.com bildirir ki, bu barədə müğənninin özü "İnstagram" səhifəsində məlumat yayıb. Müğənni Türkiyədə prezident seçkiləri vaxtı sosial şəbəkə hesabında etdiyi paylaşımları və “PowerTürk Müzik Ödülleri” mərasimindəki çıxışına görə üzr istəyərək bildirib:

"Seçki kombini deyərək etdiyim zarafatla həddimi aşmışam və bununla bağlı bir-birini bu qədər sevən bir toplumun qarşı-qarşıya dayanması çox üzücüdür. Məqsədimin kimisə üzümək və ya qızışdırmaq olmadığını məni tanıyan hər kəs bilir. Mən bu cür deyiləm və baş verənlər məni çox üzür. Çünki mən işin sahibi hansı partiya, dinləyən kütlənin siyasi düşüncəsinin nə olduğunu düşünmədən mahnılarını ifa edən müğənniyəm və bu cür də yoluma davam etmək istəyirəm".

Müğənni sonda konsertini ləğv etməsini anlayışla qarşılayan hər kəsə təşəkkür edib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR