İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli idmançı İrəvanda huşunu itirdi

Aprelin 16-da Türkiyə idmançısı Bayav Pelinsu Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı zamanı huşunu itirib.

Məlumata görə, 49 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı ağırlıqqaldıran ştanqaya yaxınlaşaraq onu bir neçə saniyə qaldırıb. Lakin o, qəfildən ştanqı yerə atıb və huşunu itirib. Türkiyəli idmançıya dərhal tibbi yardım göstərilib.

Xatırladaq ki, aprelin 15-dən aprelin 23-dək İrəvanda ağır atletika üzrə Avropa çempionatı keçirilir. Yarışda 400-ə yaxın idmançı iştirak edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR