İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli general: “İlk yardım can Azərbaycandan gəldi”

“Son rəsmi məlumatlara görə zəlzələdə 300 nəfərə yaxın insan dünyasını dəyişib, təxminən 2500 nəfər də yaralı var. Bu, Türkiyənin zəlzələ tarixində 80-90 il əvvəl baş vermiş güclü zəlzələlərdən sonra ən şiddətli zəlzələ oldu. Zəlzələnin insanlar yatan zaman baş verməsi, geniş masştabda olması, həmçinin havanın soyuq və qarlı olması itkilərin daha çox olacağı ehtimalını verir”.

Bu sözləri ehtiyatda olan türkiyəli general Yücel Karauz Musavat.com-a açıqlamasında deyib. General ilk yardım və dəstəyin Azərbaycandan gəlməsini də vurğulayıb:

“İlk dəstək Azərbaycandan gəldi. Zəlzələ baş verəndən sonra ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev Prezident Ərdoğan ilə əlaqə yaradaraq hər cür yardım və dəstək verəcəyini ifadə etdi. Həmçinin ilk dəqiqə və saniyələrdən Azərbaycan xalqı Türkiyə xalqının acısına acıdı, onunla birgə oldu.
Zəlzələdən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, yaralılara acil şəfa diləyirik”.


Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR