İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən Ukraynaya qayıdan "Azov" lideri yenidən komandir təyin olunub

2022-ci ilin mayında Mariupolun rus qoşunları tərəfindən işğal edilməsi zamanı əsir götürülən və daha sonra əldə olunan razılaşmaya görə Putinin dostu Medvedçukla dəyişdirilərək Türkiyəyə verilən, bu il isə Ankara tərəfindən Ukraynaya qaytarılan “Azov” döyüşçüləriniin lideri Denis Prokopenko yenidən hərbi birləşməyə rəhbərlik etməyə başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

"Azov diviziyasına Denis Prokopenko rəhbərlik edir", - DİN rəhbəri "Ukrayinska pravda" internet nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Prokopenko kadrların hazırlanmasına cavabdehdir. “O, tamamilə prosesə inteqrasiya olunub. O, itirdiyi vaxtın əvəzini çıxararaq işinin üstünə qayıdır”, – nəşr Klimenkodan sitat gətirir.

Daha əvvəl Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Bondarev TASS-a bildirib ki, “Azov” liderlərinin müharibənin sonuna qədər Türkiyədə ev dustaqlığında qalması Rusiya Federasiyası və Ukrayna arasında məhbus mübadiləsi çərçivəsində fundamental saziş idi.

Lakin iyulun 8-də Ukrayna prezidenti Vladimir Zelenski “Azov” komandirlərinin Türkiyədən ölkəyə qayıtdığını bəyan edib.

Artıq iyulun sonunda Ukrayna milli qvardiyasının komandanı Aleksandr Pivnenko bəyan edib ki, “Azov” əsgərlərinin döyüş əməliyyatlarında iştirakına heç bir qadağa yoxdur və onlar cəbhə xəttinə qayıdacaqlar.

Avqustun 17-də milli qvardiyanın nümayəndəsi bildirib ki, “Azov” döyüş bölgəsində öz missiyalarını bərpa edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR