İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədəki Azərbaycan səfirliyindən çağırış

Qardaş Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradılıb.

Bu barədə Ankaradakı səfirliyimizdən Musavat.com-a məlumat verilib. Səfirliyin tvitter hesabında bildirilir: “Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan Respublikası vətəndaşlarının +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur”.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində baş verən 7.4 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 284, yaralıların sayı isə 2323-ə çatıb. Dağıntılar aıtında çoxsaylı insanlar qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR