Onlayn ictimai-siyasi qəzet
Türkiyə Xəbər Operatorları Dərnəyi Türkiyənin Kahramanmaraş mərkəzli zəlzələsindən zərərgörən 11 vilayətində maraqlı layihə həyata keçirir.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kinomatoqrafiya Rəhbərliyinin əməkdaşlığı və dəstəyi ilə həyata keçirilən layihə “Mənim Hekayəm Layihəsi” adlanır.
Şanlıurfa vilayətinin Halfeti rayonunda Yunus Əmrə ümumtəhsil məktəbində şagirdlərə operatorluğun əhəmiyyətini, kameranın texniki xüsusiyyətləri, film çəkilişi və reportaj teknikasını başa salan layihə rəhbəri Türkiyə Xəbər Operatorları Dərnəyinin sədri Aytəkin Polatel nəzəri məlumatlarla yanaşı şagirdlərin az da olsa təcrübə qazanmaları üçün onların kamera və digər texniki avadanlıqlarla çəkiliş etmələrinə şərait yaradıb.
Layihə barədə Musavat.com-a açıqlama verən Türkiyə Xəbər Operatorları Dərnəyinin sədri Aytəkin Polatel balaca dostlarının gah operator, gah da kamera önündə müxbir kimi təcrübələr yaşadıqlarını deyib.
“2017-ci ildən etibarən hər il təşkil etdiyimiz bu lahiyəni bu il də zəlzələdən zərər çəkmiş bölgələrimizdə təhsil alan məktəblilər üçün dəyərləndirdik.
Məqsədimiz onların kameraya baxış pəncərəsinin rəngarəng dünyası ilə tanış etməkdir. Bu il zəlzələdən zərərgörən 11 vilayətdəki uşaqları kamera ilə tanışdırmağı hədəfləyirik. Onlara fərqli baxış bucağı qazandırmaq və kamera pəncərəsinin sehirli dünyasına addım atmalarını təmin etmək olduqca həyacanvericidir. 5 oktyabrda start götürən bu lahiyə 8 vilayətdə artıq başa çatdı. 3 vilayətdə də həyata keçirməyi palanlaşdırırıq”, – deyə layihə rəhbəri Aytəkin Polatel bildirib.
Layihə çərçivəsində təlimçi Kadir Polatel də uşaqlarla olan xatirlərini dilə gətirib.
“Şagirdlərdən Şaban Destan Çiçek də özü üçün gözəl bir gün olduğunu və kamreranın xüsusiyyətləri haqqında məlumat aldığını dedi. Bu da bizi sevindirir. Hətta layihə müddətində gələcəkdə operatorluğu özünə peşə etmək istəyənlər də oldu. Balaca dostumuz Hilal Esenin kamera ilə yaxından tanış olma imkanı tapdığını, kameranı çox bəyəndiyini və gələcəkdə operator olmaq istədiyini deməsi bizi həm sevindirir, həm də qürurlandırır”, – deyə Kadir Polatel bildirib.
Dürrə Həsənova,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ