İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə zəlzələ nəticəsində həlak olan Samirlə bağlı şok detal

Türkiyədə zəlzələ nəticəsində həlak olan tələbələrdən biri Samir Quliyev barədə daha bir fakt ortaya çıxıb.

Musavat.com-un BAKU.WS-ə istinadən məlumatına görə, Samir bundan əvvəl Türkiyənin Elazığ vilayətindəki universitetlərdən birində təhsil alırmış.

Ailəsi 2020-ci ildə orada baş verən zəlzələdən sonra gənc oğlanın universitetini Malatya şəhərindəki təhsil ocağına dəyişib.

Qeyd edək ki, fevarlın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Şahin Vəliyevlə yanaşı S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə adlı azərbaycanlı tələbələr dağıntılar altında qalaraq həlak olublar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR