İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə zəlzələ faciəsinin acı hekayələri davam edir- Azyaşlının meyiti atasına təhvil verildi

 

Kahramanmaraşın Onikisubat səmtində yaşadıqları mənzilin çökməsi nəticəsində ailəsi ilə birlikdə dağıntılar altında qalan Mukaddes Erva Aktaş 6 saat sonra yaralı halda çıxarılıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, qonşuları tərəfindən təcili yardıma təhvil verilərək xəstəxanaya çatdırılan Mukaddes Ervadan bir daha xəbər alınmayıb.

Zəlzələdən 20 gün sonra Mukaddes Ervanın qonşuları tərəfindən təcili yardıma çatdırılması anlarının video görüntüləri də ortaya çıxıb.

Məlum olub ki, atası Abdullah Aktaşın günlərlə axtardığı qızı Mukaddes Erva dünyasını dəyişib. Kahramanmaraşda xəstəxanaya aparıldıqdan qısa müddət sonra dünyasını dəyişən Mukaddes Ervanın yetimlər qəbiristanlığında torpağa tapşırıldığı müəyyən edilib. Prokurorluğun qərarı ilə eksqumasiya edilən Mukaddes Ervanın meyiti atasına təhvil verilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR