İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Lukaşenko Kremldə görüşüblər  

 

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Kremldə danışıqlara başlayıblar.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Putin belaruslu həmkarına Rusiya Federasiyasının ən yüksək dövlət mükafatı olan “Müqəddəs Apostol Andrey Pervozvannı” ordenini təqdim edəcəyini açıqlayıb. Rusiya Prezidenti vurğulayıb ki, Lukaşenko Rusiya ilə Belarus arasındakı ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görüb.

Kremlin mətbuat xidmətinin daha əvvəl elan etdiyi kimi, görüş zamanı Putin və Lukaşenko Rusiya-Belarus strateji əməkdaşlıq və müttəfiqlik əlaqələrinin daha da inkişaf etdirilməsinə dair aktual məsələləri müzakirə edəcəklər.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR