İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə seçki sorğuları - Ərdoğan liderdir

Bu ilin oktyabr ayında Türkiyənin böyük araşdırma kampaniyalarının apardığı 14 seçki sorğusunun nəticəsi açıqlanıb. Türkiyə mediasının məlumatına görə, əhali arasında aparılan sorğuda hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) ibarət “Cümhur İttifaqı”nın səs faizi 40, ana müxalifətdə təmsil olunan Cümhuriyyət Xalq Partiyası (CHP) daxil olmaqla, 6 siyasi partiyanın birləşdiyi “Millət İttifaqı”nın isə 39,9 olub. Etnik kürdlərin partiyası HDP 10% səs toplayıb. 

Digər sorğunun nəticələrinə əsasən, Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi AK Partiya 32,6%, CHP isə 26,6% səslə ikinci yerdə qərarlaşıb. 

Türkiyədə 2023-cü il iyunun 18-də keçiriləcək parlament və prezident seçkilərində iqtidar düşərgəsinin prezidentliyə namizədi artıq bəllidir. İndiki prezident Rəcəb Tayyib Ərdoğan növbəti dönəmdə də ölkəyə rəhbərlik etmək üçün seçki marafonuna qoşulacaq. 

Ərdoğan prezident seçkilərinə “Cümhur ittifaqı”nın vahid namizədi kimi qatılacaq. Müxalifət düşərgəsi isə hələ də Ərdoğana qarşı öz namizədini müəyyən edə bilməyib.

Rəy sorğuları nə dərəcədə gerçəyi əks etdirir? Hakim və müxalif blokların şansları doğrudanmı bu  qədər yaxındır? İkinci tur ehtimalı varmı, yoxsa HDP-nin (10%) kimi dəstəkləməsi həlledici olacaq? Seçkilər yaxınlaşdıqca aradakı fərq kimin xeyrinə dəyişə bilər?

Əhəd Məmmədli də evlənir? » "Dünya" informasiya agentliyi

Əhəd Məmmədli: “Düşünürəm ki, AK Partiya istər siyasi, istərsə də iqtisadi baxımdan ciddi addımlar atacaq. Onsuz da üstün olan vəziyyəti daha da yüksək səviyyəyə çatdıracaq”

AĞ Partiya başqanının 1-ci müavini Əhəd Məmmədli “Yeni Müsavat”a dedi ki, həmin rəy sorğuları real deyil: “Bəzən seçkiqabağı bu cür rəy o məqsədi daşıyır ki, insanları yönləndirə bilsinlər, bir basqı yaratsınlar, seçkilərdən əvvəl nəticələri bəlli edib səsvermədə artıq insanları fikirlərini dəyişdirməyə sövq etsinlər. Ona görə, fikrimcə, bu cür rəy sorğuları güman ki, müxalifətin dəstək verdiyi xarici qüvvələrin rəy sorğularıdır. Türkiyə xalqına bir basqıdır. Türkiyədə son bələdiyyə seçkilərində HDP ən çox səs itirdi. Bütün bu reallıqlara uyğun olaraq düşünmürəm ki, HDP-nin, PKK-nin bu qədər səsi var. İqtidarın vahid namizədi var. Dünya lideri səviyyəsində yetişən Rəcəb Tayyib Ərdoğandır. Müxalifətin isə heç vahid namizədi yoxdur. Çox güman ki, heç olmayacaq. Müxalifət hesablayıb ki, namizədlər ayrı-ayrı gedəcək və sonra Ərdoğan birinci turda 50 faiz səsi keçə bilməyəcək, sonra ikinci turda vahid namizədlər iştirak etsin. Güman ki, bunların planı budur. AK Partiyanın bu qədər az səslə göstərilməsi də əvvəlcədən planlaşdırılırb. Düşünürəm ki, AK Partiya istər siyasi, istərsə də iqtisadi baxımından ciddi addımlar atacaq. Onsuz da üstün olan vəziyyəti daha da yüksək səviyyəyə çatdıracaq”.

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ | DEFAKTO.AZ

 Ramiyə Məmmədova

Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədova mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı. O dedi ki, hazırda Türkiyədə seçkiöncəsi təbliğatlar başlayıb: “Genişmiqyaslı tədbirlər başlamasa da, artıq sıra-sıra təbliğatlar başlayıb və bu yöndə də işlər gedir. Türkiyə Prezidentinin hər çıxışında artıq təbliğata yönəlik bir mesajlar verilir. Təbii ki, eyni mənzərəni biz müxalifət tərəfdə də görürük. Müxalifət və iqtidarın iki səmtə ayrılmasını görürük, "Altılı masa" arxasında oturan müxalifət partiyalarıdır və “Cümhur ittifaqı”dır ki, burada AKP ilə MHP birləşir. Müxalifət hələ ki AKP ilə MHP-nin yürütdüyü siyasəti tətbiq edə bilmir. Artıq az müddət qalıb, təqribən 8-9 ay, amma müxalifət tərəfindən konkret olaraq hər hansı addım atılmayıb, heç bir namizəd də irəli sürülməyib. Buradan “altılı masa”da oturan müxalifət nümayəndələrinin namizəd irəli sürməməsi bunların fəaliyyətində olan nöqsanları, geriləmələrini göstərir. Altı ən güclü partiyanın liderləri heç biri sözünün üstündə durub bir namizədi irəli sürə bilmirlər, kimin üzərində dayanacaqlarını hələ dəqiqləşdirə bilməyiblər. Demək ki, Türkiyə müxalifətində hələ birlik yoxdur. Hər kəs öz istədiyini edir və öz məqsədinə qulluq edir. Bu da onu göstərir ki, daha öncəki seçkilərdəki kimi, necə ki, CHP-nin namizədini AKP vurub yıxdı, yəqin ki, növbəti seçkidə də bunu görəcəyik. Bu gün ən real namizəd Ərdoğanın özüdür. Türkiyənin həm daxili, həm də xarici siyasətinə baxsaq, bu gün ən real siyasətdir ki, xarici dövlətlərlə daxildə gedən siyasəti sakit bir səviyyədə apara bilir".

Politoloq “Cümhur İttifaqı”nın 75 yox, 65 yox, 40 faiz səs toplamasının ən böyük səbəbinin ölkədə gedən iqtisadi geriləmənin olduğunu güman edir: “Türkiyə hazırda dünyada ən çox inflyasiyaya uğrayan dövlət sayılır. 85 faiz inflyasiya ilə iqtisadi geriləmə gedir və dolların həddən artıq yüksək səviyyədə olması inflyasiyanın 85 faizə gəlib çıxması, sosial vəziyyətin get-gedə pisləşməsi "Cümhur İttifaqı"nın uduzmasının ən böyük səbəbi kimi göstərilə bilər. Təbii ki, Cümhuriyyət İttifaqı - AKP daha çox siyasi baxımdan irəliləyə, güc göstərə bilir, nəinki iqtisadi baxımdan. Bununla belə, AKP daha çox investisiyaların ölkəyə cəlb olunmasına çalışır. Digər tərəfdən, iqtisadiyyatın zəifləməsinə səbəb Türkiyədə həddən artıq xarici vətəndaşın olması göstərilir. Çünki ölkəyə gələn hər kəs yatırım etmək üçün daxil olmur. Əksinə, bir çoxları buraya qazanc əldə etmək üçün gəlir. Bu da Türkiyə iqtisadiyyatına zərbə vurur. Çünki qaçqın statusunda olan, miqrant statusunda olan insanları bu dövlət məcburdur ki, qorusun, yardımlar etsin. Bu da sosial-iqtisadi baxımdan Türkiyəyə zərər verir. Digər tərəfdən, Amerika banklarının hamısı  Türkiyə bankları ilə işləməkdən imtina edir. Bu da təbii ki, xarici ölkələrlə əməkdaşlıq edən, ticarətlə məşğul olan insanlara böyük zərərlər verir. Türkiyənin hazırda əldə edə biləcəyi uğurlar Qafqaz dövlətləri, Rusiya və Asiya dövlətləri ilə bağlıdır. Ərdoğan siyasi baxımdan bu kursu götürüb, Rusiya bazarına daha çox çıxış edir, Asiya bazarına çıxış etmək niyyətindədir. Tranzit ölkə olaraq, neft, qaz, logistik məsələləri öz üzərinə götürərək iqtisadiyyatını bərpa etməyə, dirçəltməyə çalışır.

O ki qaldı daxili siyasətə, Türkiyədə əvvəlki kimi qarışıqlıq hökm sürmür. 20 il əvvəlki vəziyyəti biz görmürük. Təbii ki, Türkiyə son terror aktlarının tam olmasa da, yenə də öhdəsindən gəldi. Xarici siyasətdə apardığı antiterror əməliyyatları göz qabağındadır.  Türkiyənin apardığı xarici siyasət ölkə vətəndaşlarının əksəriyyəti tərəfindən məqbul sayılır. Ümumiyyətlə, seçkinin ikinci tur olacağı ehtimalı ola bilər. Çox böyük bir faizlə də olmaya bilər. Çünki müxalifətin kimi namizəd olaraq ortaya çıxaracağı bəlli deyil, gələn fiqurdan çox şey asılı olacaq. Namizəd bəlli olduqdan sonra artıq burada faizlərin aşağı və yuxarı nisbətinin hesablanması daha doğru olar. Bu gün müxalifət real namizəd irəli sürmədiyinə görə fikir yürüdə bilmirik. Hələ ki müxalifət uduzur".   

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR