İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə “Mir” kartlarına xidmət tam dayandırıldı

Türkiyədə Rusiyanın “Mir” ödəniş kartlarının istifadəsi tamamilə dayandırılıb.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, bu gündən etibarən Türkiyənin “Mir” kartlarına xidmət göstərən üç dövlət bankı – Ziraat Bankası, VakifBank və Halkbank bu xidməti dayandırıblar.

Bununla da, “Mir” kartlarının Türkiyədə istifadəsi mümkünsüz hala gəlib.

Belə ki, kartları 5 bank qəbul edirdi: 3 dövlət bankından əlavə DenizBank və İşbankası.

Ötən həftə ABŞ Maliyyə Nazirliyi “Mir” kartlarına xidmət göstərən maliyyə qurumlarına Rusiyaya sanksiyalardan yayınmaqda yardım göstərilməsi halları ilə bağlı xəbərdarlıq etmişdi. Həmin xəbərdarlıqdan sonra DenizBank və İşbankası kartların qəbulunu dayandırmışdı.

Üç dövlət bankının “Mir”lə əməkdaşlığı isə dünən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə hökumətin keçirdiyi müşavirədə alınan qərar əsasında dayandırılıb. Müşavirədə “Mir” kartlarına alternativlərin tapılması məsələləri müzakirə edilib.

Prezident Ərdoğan jurnalistlərə verdiyi açıqlamada yalnız “Mir” deyil, digər bir sıra kartlar üçün də alternativlər axtardıqlarını açıqlamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR