Onlayn ictimai-siyasi qəzet
Avropa Birliyinə sədrlik edən Macarıstanın səfiri İranın bir sıra fiziki və hüquqi şəxslərinə qarşı Aİ-nin yeni sanksiyalarına etiraz etmək üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Musavat.com xəbər verir ki, bu barədə Asr-İran məlumat yayıb.
Oktyabrın 14-də Aİ İranın 3 aviaşirkətinə, o cümlədən İranın milli aviadaşıyıcısına, 4 sənaye və nəqliyyat şirkətinə, həmçinin müdafiə nazirinin müavini Qələndəri də daxil olmaqla 7 mülki məmura, iş adamlarına və hərbçilərə qarşı sanksiya tətbiq edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ