Onlayn ictimai-siyasi qəzet
Özbəkistanda kiçik Atom Elektrik Stansiyasının (LNP) tikintisi Rusiyanın Rosatom korporasiyasına həvalə edilir.
Musavat.com xəbər verir ki, məlumatı Özbəkistan Atom Enerjisi Agentliyinin (Uzatom) direktoru Azim Əhmədxocayev Daşkənddə keçirilən beynəlxalq elmi-praktik konfransda açıqlayıb: “Atom elektrik stansiyalarının tikintisi üçün tərəfdaşlar seçərkən, Özbəkistan tərəfi bu istiqamətdə qabaqcıl texnologiyaların dərin təhlilini aparıb, seçim bu sahədə qabaqcıl texnologiyalara malik olan və ən böyük sınaqdan keçmiş “Rosatom”un xeyrinə edilib”.
Onun sözlərinə görə, bu layihə üzrə bütün işlər Rosatom ilə əməkdaşlıq çərçivəsində və MAQATE-nin tövsiyələrinə tam uyğun olaraq həyata keçirilir.
Rosatom dövlət korporasiyasının baş direktorunun birinci müavini Andrey Petrov bildirib ki, artıq müvafiq müqavilə imzalanıb, onun həyata keçirilməsinin fəal mərhələsinə - layihələndirmə işlərinə başlanılıb.
Atom elektrik stansiyası Cizzax rayonunda Rusiya layihəsi üzrə 330 MVt gücündə (hər birinin gücü 55 MVt olan altı reaktor) olacaq. Stansiyanın tikintisinin baş podratçısı qismində “Rosatom” çıxış edəcək və tikintidə yerli şirkətlər də iştirak edəcək. Reaktorların 2029-cu ildən 2033-cü ilə qədər mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ