İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobus işləmədi, sərnişinlər narazılıq etdi - FOTO

Bakının ictimai nəqliyyatla bağlı problemləri bitmir, əksinə günü-gündən artır. Nasaz avtobusların xəttə buraxılması sərnişinləri təngə gətirib.

Musavat.com-un əməkdaşının məlumatına görə, az öncə 46 saylı müntəzəm avtobus xəttində insident yaşanıb. Belə ki, Səməd Vurğun parkının yanından hərəkətə başlamalı olan avtobusda nasazlıq olub.

15 dəqiqə avtobusun hərəkət etməsini gözləyən sərnişinlər narazılıq ediblər. Sürücü isə kart aparatının işləmədiyini əsas gətirib. Sərnişinlər nasaz avtobusla yola çıxdığı üçün sürücüyə də, dispetçerə də şikayət etsələr, onlar buna məhəl qoymayıblar. Sərnişinlər haqlı olaraq, avtobusun 15 dəqiqə ərzində yoxlana biləcəyini desələr də, sürücü bu irada da "əl yelləməklə" cavab verib.

Musavat.com problemlə bağlı Bakubus MMC-ə məlumat verib.

Qurumdan məsələnin araşdırılacağı və məlumat veriləcəyi bildirilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR