Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına görə, qlobal dövlət borcu 2024-cü ildə 100 trilyon dolları keçərək qlobal ÜDM-in 93%-nə çata bilər və böyüməyə davam edəcək.
Musavat.com xarici mediaya iatinadən xəbər verir ki, 2030-cu ilə qədər BVF-nin proqnozuna görə, qlobal dövlət borcu ÜDM-in 100%-nə yüksələcək. Əlverişsiz ssenaridə bu rəqəm 2026-cı ildə ÜDM-in 115%-nə qədər artacaq ki, bu da ilkin proqnozdan 20% çoxdur.
Xüsusilə Braziliya, Fransa, İtaliya, Cənubi Afrika, Böyük Britaniya və ABŞ-da borcun artması proqnozlaşdırılır.
Hesabatda deyilir ki, borcun sabitləşdirilməsi və ya azaldılması “ehtimal ki, planlaşdırılandan daha böyük maliyyə düzəlişləri tələb edəcək”.
Qeyd edək ki, may ayında “The Telegraph” Beynəlxalq Maliyyə İnstitutunun məlumatlarına istinadən qlobal borcun rekord həddə - 315 trilyon dollara yüksəldiyini yazıb.
Afaq,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ