Onlayn ictimai-siyasi qəzet
Livanda İsrail hava qüvvələrinin Baalbek-Hermel, Bekaa, Dağlıq Livan, Nəbatiyyə, Sayda və Tir əyalətlərindəki şəhər və qəsəbələrə endirdiyi zərbələr nəticəsində son sutkada 41 nəfər ölüb, 124 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi yanında Fövqəladə Əməliyyatlar Mərkəzinin “X” sosial şəbəkəsindəki icmalında deyilir.
Qeyd olunur ki, ən çox ölüm hadisəsi (21 nəfər) ölkənin şimalındakı Zqorta bölgəsində qeydə alınıb, 6 nəfər yaralanıb. Cənubdakı Nəbatiyyə, Sayda və Tir əyalətlərində isə 17 nəfər ölüb, 79 nəfər yaralanıb. Livanın şərqindəki Bekaa vadisində 3 nəfər ölüb, 21 nəfər yaralanıb, Baalbek-Hermel bölgəsində isə 18 nəfər yaralanıb, ölən olmayıb.
Eyni zamanda 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri İsrailin bombardmanları və artilleriya atəşləri nəticəsində ölənlərin ümumi sayı 2,4 min, yaralıların sayı isə 10,9 min nəfər təşkil edir.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ