Onlayn ictimai-siyasi qəzet
Son zamanalar Bakıda və bölgələrdə məhşurlaşan “A-frame” evlərin sayı artıb. Bu evlərə maraq çox olsa da, sənədləşmə məsələsi müşkülə çevrilib. Vətəndaşlar bildirirlər ki, evlərə sənəd ala bilməmək onlar üçün müxtəlif problemlər yaradır. Öz evlərinə qeydiyyata düşə bilmirlər, tikilini sığortalamaq mümkün olmur.
Bəs bu tip evlərə niyə çıxarış verilmir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu tip evlərin söküntüsü tez mümkün olduğu üçün onlara çıxarış nəzərdə tutulmur:
“Bunlar qarajtipli əmlaklardır və bu cür evlər çıxarışla təmin olunmur. Söküntüsü tez bir zamanda mümkün olduğu üçün belə evlər daha çox qurğu hesab olunur. Bu səbəbdən onlara bütöv tikili kimi yanaşılmır. Birinci növbədə əgər hər hansı bir şəxs, tikintiyə başlamaq istəyirsə, ilk olaraq oranın torpağının mülkiyyət sənədini alır. Mülkiyyət sənədini aldıqdan sonra, üzərindəki tikilinin hansı formada olmasından asılı olmayaraq, onunla bağlı Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edir və ona razılıq verildikdən sonra inşaat işlərini aparır. Bu barədə razılıq verilərkən, ona birmənalı şəkildə torpaq sahəsində hansı kvadratmetr ölçüdə tikinti apara biləcəyi ilə məlumat verilir”.
Ekspert qeyd edib ki, tikintinin çıxarışla təmin olunması üçün nəzərdə tutulan bir neçə mərhələ var:
“Daha sonra isə istənilən lisenziyalı şirkət həmin torpağı layihələndirməlidir. Torpaq sahəsi tikintiyə uyğun olduğu təqdirdə, layihə sifarişçiyə təqdim olunur. Sifarişçi müraciət etdikdən sonra, qeydiyyata alınır və tikintisi həyata keçirilir. Tikintisi həyata keçirildikdən sonra isə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət olunur. Reyestr Xidməti gəlib həmin tikilinin təklif olunan eskiz layihəyə uyğun tikildiyini görərsə, bu zaman həmin əmlak çıxarışla təmin olunur. Birmənalı olaraq qayda bu formadadır”.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ