Onlayn ictimai-siyasi qəzet
Türkiyədə məktəb direktoru işləyən ata oğlu ilə avtobusda yaşlı cütlüyü döyüb.
Musavat.com xəbər verir ki, bununla bağlı görüntülər Türkiyə mətbuatında yayılıb.
Məlumata görə, hadisə ötən il dekabrın 15-də baş verib. Lakin avtobusun təhlükəsizlik kameralarında əks olunan görüntülər ötən gün ictimailəşib.
Bildirilib ki, məktəb direktoru işləyən İ.T. və 17 yaşlı oğlu görmə məhdudiyyətli 71 yaşlı kişini və onun yoldaşını döyüblər. Hadisə kiçik münaqişə nəticəsində baş verib.
Həmin gün cütlüyü döyən hər iki şəxs saxlanılıb, sonra isə həbs olunub.
Müzakirələrə səbəb olan həmin görüntüləri təqdim edirik:
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ