İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə MDB-dən olan “qanuni oğru”lara qarşı əməliyyat – 4 nəfər saxlanılıb

Türkiyədə “qanuni oğru” ovuna başlanılıb.

Azpost.info Rusiya KİV-inə istinadən xəbər verir ki, son iki həftə ərzində 4 Türkiyədə yaşayış hüququ olan 4 “qanuni oğru” saxlanılıb.

Onların Türkiyədə yaşayış hüququna xitam verilərək deportasiya mərkəzinə yerləşdirilib.

Söhbət kriminal dünyada kifayəq qədər nüfuza malik Hüseyn Əhmədov (Hüseyn Slepoy), Vladimir Juravkovskiy (Vova Puxlıy), Otari Totoçiya (Batya) və Elqoca Türkadzedən (Qoca) gedir. Adıçəkilən “qanuni oğru”lar uzun müddətdir ki, Türkiyədə yaşayırdılar.

Məlumata görə, onların saxlanılara deportasiya mərkəzinə yerləşdirilməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Türkiyə xüsusi xidmət orqanlarına təqdim etdiyi siyahı əsasında baş verib. FTX adı siyahıda olan “qanuni oğru”ların Türkiyədə yaşamasını bu ölkənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Ayrıca bununla bağlı Türkiyənin güc strukturlarına sənəd təqdim edilib. Bundan sonra Türkiyənin hüquq-mühafizə orqanları hərəkətə keçib. Saxlanılan “qanuni oğru”ların yaxın vaxtlarda Rusiyaya deportasiyaya olunacağı bildirilir.

Bu baş verəcəyi təqdirdə “qanuni oğru”lar uzun müddətli həbs həyatı yaşaya bilər. Çünki Rusiya Federasiyası Cinayət Məcəlləsində “qanuni oğru”larla bağlı ayrıca maddə var. Həmin maddədə kriminal iyerarxiyada yüksək mənsəbə sahib olmağa görə 8-15 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bildirilir ki, Türkiyədə “qanuni oğru”lara qarşı əməliyyatlar davam etdiriləcək. Məlumat üçün deyək ki, son illər Türkiyə “qanuni oğru”lar üçün daha rahat ölkələrdən birinə çevrilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR