Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun yazdığı kitabda Fransa prezidenti Emmanuel Makronun La-Manş boğazında miqrasiya böhranını təşkil etməsinə dair ittihamlar var.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Consonun hələ çap olunmamış xatirələrindən fraqmentləri “Tayms” qəzeti dərc edib.
“Ən azı mənə mümkün görünürdü ki, o, problemdən silah kimi istifadə edir. Britaniya ictimaiyyətini qıcıqlandırmaq və “Breksit”in ən vacib amillərindən birini - sərhədlərimizə nəzarəti bərpa etməyimizi pozmaq üçün çox sayda miqrantın ölkəmizə gəlməsinə icazə verir.” – Britaniyanın keçmiş baş naziri yazıb.
Consonun sözlərinə görə, Böyük Britaniyaya gələn miqrant qayıqları Fransadan La-Manş boğazı vasitəsilə üzüb keçir.
"Biz tez-tez vacib məsələlərdə razılaşsaq da, o, “Breksit”dən sonra Britaniyanın cəzalandırılması lazım olduğunu deyərkən həqiqətən nəyi nəzərdə tuturdusa, onu dilə gətirirdi”, - Conson yazıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ