Onlayn ictimai-siyasi qəzet
“Hazırda Ermənistanın sərhədyanı əraziləri yox, Ermənistan dövlətinin mövcudluğu sual altında qalıb”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir yerli politoloq Yervand Bozoyan tərəfindən səslənib.
Onun sözlərinə görə, bu gün Ermənistan cəmiyyətini inandırmağa çalışırlar ki, sərhədlər dəqiqləşdiriləndən sonra Ermənistanın hesabına və Azərbaycanın xeyrinə də olsa sülh gələcək.
Lakin bu, baş verməyəcək, çünki əslində, bu proses sərhədlərin dəqiqləşdirilməsi deyil, Ermənistanın mövcudluğuna son qoyulmasıdır.
“Amerikalılar hesab edirdilər ki, Ermənistanın türk dünyası ilə mövcud problemləri səbəbindən bu ölkə regionda planların irəliləməsinə mane olur.
Azərbaycan və Türkiyə bir-biri ilə fasiləsiz ünsiyyət qursalar, onlar obyektiv olaraq regionda ciddi anti-Rusiya və anti-İran faktoruna çevriləcəklər”, – deyə Bozoyan bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ