Onlayn ictimai-siyasi qəzet
2 gün öncə Sumqayıtda 8-ci mərtəbədən yıxılan 12 yaşlı qız ölüb.
Musavat.com APA-ya istinadən bildirir ki, hadisə 28 sentyabr axşam saatlarında şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.
2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
O, bu gün səhər saatlarında Bakıda müalicə aldığı xəstəxanada ölüb.
***
Musavat.com "Unikal"a istinadən Sumqayıtda 8-ci mərtəbədən yıxılaraq dünyasını dəyişən 12 yaşlı Kiçikxanımın fotosunu təqdim edir.
Allah rəhmət eləsin.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ