İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramid Namazov komissiya sədri SEÇİLDİ

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb.

Musavat.com bildirir ki, bununla bağlı məsələ parlamentin payız sessiyası üzrə sentyabrın 30-da keçirilən ilk plenar iclasında müzakirə olunub.

Layihə barədə spiker Sahibə Qafarova məlumat verib. Daha sonra deputat, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev çıxış edib.

Məsələnin müzakirəsində Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, komitə sədrləri Arzu Nağıyev, Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Ramid Namazov, Kamran Bayramov, Nizami Səfərov, Bəhruz Məhərrəmov, Qüdrət Həsənquliyev və Mübariz Qurbanlı çıxış ediblər.

Deputatlar vurğulayıblar ki, 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn və tarixi ədalətin bərpasına, möhtəşəm qələbəmizə dostlarımız sevinsələr də, görünən odur ki, bizi istəməyən qüvvələr ölkəmizin daxili işlərinə müdaxilə cəhdlərini daha da artıracaq, məkrli fəaliyyətlərini hibrid təhdidlər formasında genişləndirəcəklər. Ona görə də biz qarşımızda duran bütün təhdid və çağırışlara hazır olmalıyıq.

Deputat Ramid Namazov komissiyanın sədri seçilib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR