İnsanlara hürriyət, millətlərə istiqlal!

İnquşetiyada diversiya aktlarının qarşısı alınıb

Rusiya Federasiyasının təhlükəsizlik qüvvələri İnquşetiyada bir sıra terror aktlarının qarşısını alıb, cinayətkarlardan biri atəş açıb və cavab atəşi ilə öldürülüb.

Musavat.com AiF.ru saytına istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Bildirilir ki, Maqas və Nazran şəhərlərində Rusiya vətəndaşı olan 8 yerli sakinin qanunsuz fəaliyyətinin qarşısı alınıb. Ekstremistlərin bölgədəki enerji infrastrukturu obyektlərində təxribat və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar hazırladıqları iddia olunur.

Onların yaşadıqları ünvanlardan əldəqayırma partlayıcı qurğu, silah-sursat, qoruyucularla birlikdə 11 qumbaraatan, 8,5 mindən çox müxtəlif çaplı patron, həmçinin elektron yaddaş daşıyıcıları aşkar edilib. Bundan əlavə, partlayıcı və yandırıcı qurğuların yığılması üçün təlimatlar da tapılıb.

Faktla bağlı cinayət işi açılıb. FTX əlavə edib ki, əməliyyat tədbirləri və istintaq hərəkətləri davam edir.

Bundan əvvəl Nijni Novqorod, Samara və İrkutsk vilayətlərində dəmiryol nəqliyyatı və rabitə obyektlərində yanğın törədən 6 nəfər, o cümlədən yeniyetmələr saxlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR