İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə inflyasiya 61,1 faizə çatıb

Mart ayında Türkiyədə illik inflyasiya 61,1 faizə yüksəlib.

Musavat.com Türkiyə Statistika Qurumunun (TÜİK) bu gün açıqladığı məlumata istinadən xəbər verir ki, mart ayında aylıq inflyasiya 5,4 faiz təşkil edib.

Ötən ilin dekabrından bəri Türkiyədə qiymətlər 22,8 faiz artıb. İllik ifadədə ən çox bahalaşma nəqliyyat xidmətlərində (99 faiz), ərzaq və alkoqolsuz içkilərdə (70,3 faiz) və mebel, mənzil interyer əşyalarında (69 faiz) qeydə alınıb.

Xatırladaq ki, fevral ayında Türkiyədə illik inflyasiya 2002-ci ildən bəri ən yüksək həddə - 48,69 faizə çatmışdı...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR