İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəbnəmdən Vəfanın instagramı ilə bağlı AÇIQLAMA

Müğənni Şəbnəm Tovuz həmkarı Vəfa Şərifovanın instagramını oğurlatdırması ilə bağlı şayiələrə cavab verib.

Bu barədə o, instagramda video paylaşıb və bunları söyləyib:

“Baxdım ki, Vəfanın səhifəsi digər məşhurlarımız kimi oğurlanıb. Tək Allah şahiddir. Mən o cür insan deyiləm. Haqqım olan şeyi tələb etdim, qalib oldum. Amma o cür şeylər bizə yaraşmaz. İki variant var. Birincisi, onun məsləhətçiləri şər-böhtan etmək üçün edirlər. Ya da ki bu, hamının başına gəldiyi hadisədir. Məsələn, Aygün xanımın, Nazənin xanımın səhifəsində olduğu kimi... İnşallah səhifəsi qayıdar. Amin”.

O, daha sonra bu sözləri qeyd edib:

“Bu, yeni variantdırsa, mənə keçməz. Məni övladımla vurmağa çalışmaq istəsəniz, ölkənin qanun-qaydaları var. Oyun oynamayın. Əziz məni sevən insanlar, bu, bir oyundur. Başqa açıqlaması yoxdur”.//Olay.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR