Onlayn ictimai-siyasi qəzet
Türkiyədə etiraz aksiyaları zamanı 1879 nəfər saxlanılıb, onlardan 260-ı həbs edilib. Bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.
Musavat.com xəbər verir ki, o, ölkədə təhlükəsizliyi təhdid edən proseslərin başlandığını bildirib: "Xalqımızın qardaşlığına qarşı təxribat olub. Polislərimizə hücum olub. Mənəvi dəyərlərimiz tapdalanıb. Ədalət küçədə deyil, məhkəmə zalında olur".
Nazir qeyd edib ki, heç bir təbliğat həqiqəti ört-basdır edə bilməz: "Türkiyə demokratiyanın köklü dövlətidir. Bizim demokratiya anlayışımız xalqın iradəsinə əsaslanır. Silahsız, hücumsuz bütün hərəkətlərə razıyıq. Bəs bu daşlar, baltalar nədir?"
Musavat.com
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ