İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə əməliyyat: İstanbulda əsas prospekt BAĞLANDI, DOLLAR BAHALAŞDI – HƏBSLƏR VAR

Aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun da olduğu 106 nəfər saxlanıldıqdan sonra Vətən prospektində yerləşən İstanbul Baş Polis İdarəsi və ətrafında fövqəladə vəziyyət elan edilib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, prospektə çıxan bir çox küçələrə polis baryerləri qoyulub.

Eyni zamanda, başda Vətən prospekti olmaqla bir çox yol və bəzi metrostansiyalara nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib.

Qeyd edək ki, bu gün səhər İstanbul Böyükşəhər Bələdiyyəsi başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb. Ə.İmamoğluya qarşı terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları irəli sürülüb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi ekspert Rizvan Hüseynovdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR