Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fəaliyyət göstərən kimya fabrikində yanğın baş verib.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, 20 min kvadratmetr sahəyə malik fabrikdə baş verən yanğını söndürmək üçün 50-dən çox texnika cəlb edilib.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Yanğın yanğınsöndürmə briqadaları tərəfindən nəzarətə götürülüb.
Hazırda fabrikdə soyutma işləri davam edir.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ