Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Səadət Partiyasının sədri Təməl Karamollaoğlu istefa verəcəyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə 82 yaşlı siyasətçi TV5-in efirində bildirib.
Karamollaoğlu telekanala açıqlamasında, partiya rəhbərliyindən ayrılmasına baxmayaraq, siyasətdən getməyəcəyini deyib:
“Dostlarımızdan kim başqan olarsa, onun ən böyük dəstəkçisi, köməkçisi mən olacağam”.
O, sədrlikdən çəkilməsini səhhəti ilə əlaqələndirib: “Artıq sağlamlığım bu vəzifəni yerinə yetirməyə icazə vermir. Seçki dövründə mən sadəcə dörd yerə gedə bildim. Bu, bir sədr üçün ciddi əskiklikdir”.
Xatırladaq ki, daha öncə Kamal Kılıçdaroğlu CHP-dəki kreslosundan olub, İYİ Partiyada isə Meral Akşener dövrünə son verilib.
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ