İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 12 mindən çox bina dağılıb

Türkiyədə baş vermiş zəlzələ nəticəsində 12 mindən çox dağılıb.

 Modern.az xəbər verir ki, bu barədə Türkiyənin şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

 Onun sözlərinə görə, zəlzələ bölgələrində ümumilikdə 12 141 bina dağılıb.

"Həmin bölgələrdə ölkə tarixində ən böyük quruculuq, bərpa işlərinə başlanılacaq", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələ Türkiyənin daha 10 şəhərinə ziyan vurub. Ümumilikdə 7 minə yaxın bina çöküb.

 Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR