İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Yunanıstan arasında gizli görüş olub

Yunanıstan baş nazirinin diplomatik ofisinin direktoru Anna-Mariya Bura və Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın arasında Brüsseldə gizli görüş baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə “newsbreak.gr” saytı məlumat yayıb.

Görüşün Almaniyanın Avropa İttifaqındakı Nümayəndəliyinin ofisində baş tutması xüsusi maraq doğurub. Burada tərəflərin açıq gündəmlə, heç bir ilkin şərt qoyulmadan danışıqlar apardığı, ikitərəfli münasibətlərin yenidən bərpasının müzakirə olunduğu bildirilir.

Görüşdə Almaniya kansleri Olaf Şoltsun diplomatik müşaviri və Almaniyanın Afinadakı keçmiş səfiri Yens Plötnerin də iştirak etməsi xüsusilə diqqət çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR