Onlayn ictimai-siyasi qəzet
Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolunun işə salınması üçün texniki tələblərin birgə qiymətləndirilməsi barədə artıq razılığa gəliblər.
Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda keçirilən "3+3" platforması çərçivəsində keçirilən iclasda açıqlama verib.
Onun sözlərinə görə, bu, Ermənistan-Türkiyə arasında birbaşa hava reysləri və qarşılıqlı olaraq yükdaşıma qadağalarının ləğvi ilə bağlı əvvəllər qəbul edilmiş qərarları tamamlayır.
Nazir qeyd edib ki, bu, Ermənistanla Azərbaycan arasında dəmir yolunun işə salınması ilə yanaşı, Fars körfəzi, Qara dəniz, Xəzər dənizi və Aralıq dənizi arasında səmərəli əlaqəni təmin edəcək.
Musavat.com
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ