İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ukrayna-Rusiya arasında sülhə ev sahibliyi edə bilər - Ərdoğan AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı mühüm açıqlamalar verib. O, Türkiyənin Rusiya, Ukrayna və ABŞ arasında mümkün sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Ərdoğan bu barədə Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında danışıb:

"Zelenski ilə görüşdə müzakirələrimiz zamanı Türkiyənin sülh prosesinə töhfə verməyə davam edəcəyini bir daha vurğuladım. Bu savaş çox sayda məsum insanın həyatına son qoyub, böyük dağıntılara səbəb olub. Artıq bu müharibə bitməlidir. Türkiyə, həm Rusiya, həm Ukrayna, həm də beynəlxalq ictimaiyyətin iştirak edəcəyi sülh danışıqlarına ev sahibliyi etmək üçün ideal ölkədir”, – deyə Türkiyə lideri bildirib.

Ərdoğan Türkiyənin hər zaman sülhə töhfə verməyə çalışdığını və tərəflər arasında vasitəçi rolunu oynamağa hazır olduğunu qeyd edib. Xatırladaq ki, bundan əvvəl Türkiyə Rusiya ilə Ukrayna arasında taxıl dəhlizi ilə bağlı mühüm vasitəçilik missiyasını uğurla yerinə yetirib.

Görüşdə Ukraynadakı vəziyyət, müharibənin fəsadları və Türkiyənin Ukraynaya humanitar yardımı da müzakirə edilib. Ərdoğan Ukrayna xalqına dəstəyini ifadə edərək, Türkiyənin bu ölkəyə humanitar yardım göndərməkdə davam edəcəyini bildirib.

Qeyd edək ki, Zelenski Türkiyəyə səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirib. Ukrayna liderinin bu səfəri, xüsusilə də sülh danışıqlarına dair yeni təşəbbüslərin müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR