Onlayn ictimai-siyasi qəzet
“AZIREX-2025" birgə axtarış-xilasetmə təlimində iştirak etmək üçün Azərbaycanda olan İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti oktyabrın 18-də Bakı limanını tərk edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri Azərbaycanda keçiriləcək "AZIREX-2025" birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə oktyabrın 15-də ölkəmizin ərazi sularına daxil olmuşdu.
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ