İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə tekstil sənayesi faiz və inflyasiyadan şikayətlənir: Türkiyənin istehsal gücü Misirə köçür?

Türkiyədə 2025-ci ildə sürətlənən konkordato və iflas dalğasının ardından, başda tekstil və pərakəndə sektoru olmaqla Türkiyə sənayesində böyük bir dalğalanma müşahidə olunur.

Musavat.com istegundem.com saytına istinadən xəbər verir ki, Türkiyədəki fabrikalarını tək-tək bağlayıb Misirə köçürən nəhəng şirkətlərə hər gün yeniləri əlavə olunduğu xəbərləri gəlir.

Bununla bağlı Artaş Holdinqin ev sahibliyi etdiyi tədbirdə Türkiyənin ən böyük şirkətlərinin sahibləri mövcud vəziyyətə diqqət çəkərək iqtisadiyyat rəhbərliyinə səsləniblər.

Kiğılı Şirkətlər Qrupunun İdarə Heyəti sədri Abdullah Kiğılı bunları ifadə edib:

“Bizi böyük bir fəlakət gözləyir, 6 aydan sonra məhsul tapmayacağıq.”

59 ölkədə 1300-dən çox mağazası ilə fəaliyyət göstərən sektorun ən böyük markalarından LC Waikikinin İdarə Heyəti sədri Vahap Küçük də tədbirdə çıxış edərək bunları deyib:

“Bu gün 55 min nəfərə məşğulluq yaradırıq. Pərakəndə sektoru ticarət mərkəzləri (AVM-lər) ilə böyüdü. Burada qazandığımız təcrübə ilə xaricdə də böyüdük. Əgər AVM-lər olmasaydı, küçələrdə bu qədər inkişaf etməyimiz mümkün olmazdı. Xaricdə bu qədər irəliləyə bilmişiksə, bu, Türkiyədə qazandığımız təcrübə sayəsindədir. AVM-lər və pərakəndə sektoru ət və dırnaq kimi bir-birindən ayrılmazdır.”

Vahap Küçük, şirkətinin öz işlərinin hazırda yaxşı getdiyini və böyüməyə davam etdiyini bildirsə də, sektorun ümumi vəziyyətinin yaxşı olmadığını vurğulayıb:

“Çətin bir dövrdən keçiririk, amma əsas olan, təsir dairəmizdə daha yaxşı nə edə biləcəyimizə fokuslanmaqdır. İnflyasiyanı və faizi endirmək mümkün deyil, amma işimizi necə daha yaxşı edə biləcəyimizə, xərcləri necə daha səmərəli idarə edə biləcəyimizə diqqət etməliyik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR