Onlayn ictimai-siyasi qəzet
"Qalatasaray" Türkiyə Superliqasının XXIV turunda növbəti qələbəsini qazanıb.
"Report" xəbər verir ki, "sarı-qırmızılar" səfərdə "Rizəspor"u 2:1 hesabı ilə üstələyib.
İstanbul təmsilçisinin heyətində Viktor Osimhen (47, 86) dubl müəllifi olub. Meydan sahiblərinin heyətində isə Ali Sou (54) fərqlənib.
Qeyd edək ki, Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" 63 xalla liderdir. 57 xalı olan "Fənərbağça" ikinci, 46 xalla "Samsunspor" isə üçüncüdür.
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ