Onlayn ictimai-siyasi qəzet
2023-cü ilin əvvəlindən Rusiyada 16 xarici istehlak malları markası fəaliyyətə başlayıb.
Musavat.com RBK-ya istinadən xəbər verir ki, “NF Group” konsaltinq şirkətinin (keçmiş “Knight Frank”) hesablamalarına əsasən, bu, 2019-cu ildən bəri rekord göstəricidir.
2019-cu ildə Rusiyaya 26 yeni xarici pərakəndə oyunçu gəlmişdi. Ondan sonra hər il yeni xarici şirkətlərin sayı azalıb. Belə ki, 2020-ci ildə onların sayı 13, 2021-ci ildə 15, 2022-ci ildə isə 11 olub.
2023-cü ildə Rusiyaya gələn yeni xarici şirkətlərin əksəriyyəti Türkiyənin geyim, ayaqqabı və məişət malları brendləridir. “NF Group”un məlumatına görə, 2023-cü ildə ölkədə “orta” və “ortadan yuxarı” qiymət seqmentlərində fəaliyyət göstərən 9 belə şirkət yaranıb. Daha 3 şirkət Belarusdandır. Həmçinin Avstraliyadan idman geyimləri satan mağaza, Qırğızıstan, Cənubi Koreya və Estoniya şəbəkələri Rusiya bazarına daxil olub.
Musavat.com
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ