İnsanlara hürriyət, millətlərə istiqlal!

Alyaska sammiti nəticəsiz qalsa, ABŞ Rusiya ilə bağlı fərqli mövqe tutacaq – Tramp  

ABŞ prezidenti Donald Tramp Ağ Evdə hökumət üzvləri ilə jurnalistlərin suallarını cavablandırarkən Ukrayna münaqişəsi ilə bağlı maraqlı açıqlamalar verib.

Musavat.com  xəbər verir ki, Tramp Moskva və Kiyevin hərəkətlərini yaxından izlədiyini bildirib.

O, həmçinin Rusiya və Ukrayna ilə bağlı “maraqlı şeylər” öyrəndiyini və yaxın günlərdə onları açıqlayacağını deyib.

Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenskinin görüşü barədə danışarkən Tram “görüş olmasa, nəticələr olacaq” deyib: "Onların nə etdiklərini və nə baş verəcəyini görəcəyik. Mən bunu çox diqqətlə izləyirəm".

Tramp eyni zamanda bildirib ki, Alyaska sammiti ABŞ-ın gözlədiyi nəticəyə gətirib çıxarmasa, ABŞ Rusiya ilə bağlı fərqli mövqe tutacaq.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR