İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya iqtisadiyyatından gözlənilməz nəticə: 40,2 faiz azalma qeydə alındı

2025-ci ilin birinci yarısında Almaniyada icmal dövlət büdcələrinin kəsiri 28,9 milyard avro və ya ÜDM-in 1,3 faizini təşkil edib. Musavat.com Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatlarına istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrünün göstəricisindən 19,4 milyard avro  və ya 40,2 faiz azdır.

Yarım ildə gəlirlər 6,5 faiz artıb (1,042 trilyon avroya qədər). O cümlədən vergi daxilolmaları 5,1 faiz, ƏDV daxilolmaları 6,9 faiz, mənfəət vergisi 4,6 faiz artıb, faiz gəlirləri isə 18,9 faiz azalıb.

Xərclərin artım tempi daha az olub və 4,3 faiz (1,071 trilyon avroya qədər) təşkil edib.

Yanvar-iyun aylarında federal büdcə kəsiri 16,7 milyard avro (bir il əvvəl - 27,2 milyard avro) təşkil edib. Bələdiyyə büdcələrində 14,2 milyard avro (9,5 milyard avro), dövlət büdcələrində 1,3 milyard avro (11,6 milyard avro) mənfi saldo qeydə alınıb. Sosial təminat fondlarında 3,3 milyard avroluq profisit  qeydə alınıb (keçən il bu rəqəm praktiki olaraq sıfır olub).

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR