Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusu Karib dənizinin cənubunda əməliyyat keçirib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın bəyanatına istinadən X hesabında açıqlayıb. Onun sözlərinə görə, bu əməliyyat zamanı Vaşinqtonun narkotik-terror təşkilatı kimi təyin etdiyi bir təşkilatın idarə etdiyi gəmiyə “ölümcül zərbə” endirilib: “Prezidentin indicə elan etdiyi kimi, bu gün ABŞ hərbçiləri Karib dənizinin cənubunda Venesueladan çıxan və təyin olunmuş narkotik-terror təşkilatı tərəfindən idarə olunan narkotik yüklü gəmiyə ölümcül zərbə endiriblər”.
Bu zərbə Pentaqonun Latın Amerikası bölgəsinə dəniz qüvvələrini keçən ay göndərməsindən sonra ilk təsdiqlənmiş güc tətbiqidir. Tramp daha əvvəl ABŞ-a fentanil ixrac edən narkotik kartelləri ilə mübarizə üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu bildirib.
Musavat.com
03 Sentyabr 2025
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ