Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan İrəvanda Azərbaycana və bütövlükdə sülh prosesinə qarşı keçirilən “artsax: həll olunmamış münaqişə, geri qayıtmaq hüququ” adlı qondarma konfransda çıxış edərək yenidən revanşist mövqeyini nümayiş etdirib.
Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, o, Azərbaycanla Ermənistan arasında ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Vaşinqton sazişini hədəf alaraq sazişi “sülh yox, kapitulyasiya sənədi” kimi qələmə verib.
Ayvazyanın sözlərinə görə, 8 avqust tarixli Vaşinqton razılaşması ermənilərin maraqlarını təmin etmir. Revanşist siyasətin daşıyıcısı olan Ara Ayvazyan çıxışında “Qarabağ məsələsinin bağlanmadığını” iddia edib, “Azərbaycanın əldə etdiyi qələbəni qəbul etməməyə” çağırıb. Onun bildirdiyinə əsasən, Ermənistan cəmiyyəti və siyasətçiləri hələ də “məğlubiyyəti udmaq” fikri ilə barışmaq istəmirlər.
Ayvazyanın bəyanatları bir daha göstərir ki, Ermənistanın keçmiş rəhbər elit təbəqəsi regionda sülh və sabitlik deyil, revanşist ideyaları körükləməklə məşğuldur.
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ