İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə səfiri: "Gəncə terrorlarını heç vaxt unutmadıq, unutmayacağıq"  

"Gəncə şəhərində törədilən terrorları unutmadıq, unutmayacağıq".

Musavat.com bildirir ki, bu sözləri Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı jurnalistlərə açıqlamasında bildirib.

"Ermənilər cəbhədə məğlub olduğunu görüncə, kəndlər, şəhərlər azad olunduqca mülki insanların yaşadığı yerləri raket atəşinə tutmuşdu. Bu gün biz səfirlər, diplomatik korpusun nümayəndələri olaraq Gəncədəyik, şəhidlərə rəhmət diləyirik.

Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket atəşinə məruz qalan ərazilər Cənab Prezident İlham Əliyevin təlimatları ilə memorial kompleksə çevrilib.

Türkiyə adına Gəncədəki mülki hədəflərin vurulması nəticəsində şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Şəhidlərin, qazilərin sayəsində ərazilər azad oldu",- deyə səfir əlavə edib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR